Əzim Əzimzadə

Yaradıcılığı ilə yaxından tanış olun

Rəssamın xatirəsini əbədi yaşatmaq,onun əməyini layiqincə qiymətləndirmək məqsədilə rəssamın vaxtilə yaşadığə ev dövlət tərəfindən 1968-ci ildən ev-muzeynə  çevrilib (ünvan: D.Əliyeva küç.,157. Tel,: (+99412) 594-94-73. Bu muzeydə rəssama aid  2116 eksponat qorunub saxlanılır. Rəssamın adını daşıyan bağ isə 2011 -ci ildən kütləvi istirahət parkına çevrilib.

1980-ci ildə rəssamın 100 illik yubleyi ilə əlaqədar ümummilli liderimiz Heydər Əliyevin sərancamı ilə Azərbaycan Dövlət Filarmoniyasında rəssamın təntənəli surətdə yaradıcılıq gecəsi keçirilmişdir.

Mədəniyyət və incəsənətimizi yüksək qiymətləndirən  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev rəsamın xatirəsini  əziz tutaraq onun anadan olmasının 125 illik yubleyinin keçirilməsi barədə sərancam vermiş və Mədəniyyət naziri cənab Polad Bülbüloğlu  bu yubleyə rəssamın əsərlərinin təbliği məqsədilə  kataloq və buklet çap etdirməklə sənətkarın ruhuna olan ehtiramını bildirmişdir.

Rəssamın R.Mustafayev adına Azərbaycan Dövlət  İncəsənət muzeyində  232 əsəri ,3 albomu vardır. C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr  Muzeyində  rəssama aid 499  ədəd  eksponat saxlanılır. Dahilər xəzinəsindən bir dürr olan  Əzim Əzimzadə yaradıcılığı xalqımızın rəssamlığ  sənətinə şərəfdir.

 

 

 

Struktur

Bizimlə Əlaqə

Telefon (+99412) 594-94-73

Отправка формы…

На сервере произошла ошибка.

İsmarıc göndərildi

Copyright -2017 "Bakı şəhər mədəniyyət və turizm baş idarəsi" Designed by A.Pashayev