D.Əliyeva küç.

157

ev muzeyi

Əzim Əzimzadə

 
Üç rəngli bayraqımızın daim yüksəklərdə dalğalanması diləyi ilə bayraq günümüz mübarək!
 
 
 

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.
Yasamal rayonu 31№li tam orta məktəbdə 9 Noyabr Bayraq Günü münasibəti ilə bütün siniflərdə təntənəli şəkildə bayram şənliyi keçirildi.Hətta 3”B” sinif şagirdləri Bayraq Gününə həsr olunmuş tədbir keçirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı. Müqəddəs andımıza çevrilən bu 3 rəngli bayrağın yaranmasından düz 100 payız keçir.
Tədbirdə şagirdlər bayraq gününə həsr olunmuş şerlər, mahnılar, rəngarəng rəqsləri ilə hamını valeh etdilər.
Bizdə Ə.Əzimzadə kollektivi olaraq tədbirin qonaqı olduq.



 

 
Baxış sayı: 10 tarix 9-11-2018, 12:30 Ətraflı  

 
Arif Hüseynovun 75&75 adlı yubley sərgisində muzey kollektivi olaraq iştirak etdik.
 
 
 


 
Baxış sayı: 14 tarix 19-10-2018, 12:02 Ətraflı  

 
Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuş “Yenə o bağ olaydı” adı altında keçirilmiş musiqili ədəbi-bədii tədbirin qonaqı olduq.
 
 
 

Sentyabr ayının 28-də Əzim Əzimzadə ev muzeyinin kollektivi olaraq, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuş “Yenə o bağ olaydı” adı altında keçirilmiş musiqili ədəbi-bədii tədbirin qonaqı olduq.




 
Baxış sayı: 30 tarix 28-09-2018, 16:13 Ətraflı  

 
Avqust ayının 21-də Əzim Əzimzadə ev muzeyinin kollektiv heyyəti olaraq Qurban bayramı münasibəti ilə Şüvəlanda yerləşən "Ailə tipli uşaq" evində qonaq olduq.
 
 
 

Avqust ayının 21-də Əzim Əzimzadə ev muzeyinin kollektiv heyyəti olaraq Qurban bayramı münasibəti ilə Şüvəlanda yerləşən "Ailə tipli uşaq" evində qonaq olduq. Onların kiçik hədiyyələrlə könüllərini oxşadıq, onların bizlər üçün həvəslə dediyi şeirləri dinlədik, öz daxili aləmlərindən bəhs edilən çəkdiyi rəsmlərinə baxdıq, kiçik bacarıqlı əlləri ilə hazırladıqları əmək işləri ilə tanış olduq. Arzularını dinlədik. uşaqlar üçün gələn qonaqlar nə qədər sevindirici olsada çox zaman əhəmiyyət kəsb etmir. Ancaq onları qınamaq olmaz. Çünki gələnlər onlara nə doğma ata olacaq, nə də ki, həsrətini çəkdikləri ana. Bu şirin balalar isti doğma ocaqdan, ata ana qayğısından məhrum olmuşlar. 
Onlar sevgi, nəvazişə isti yuvaya hər gün ehtiyac duyurlar.
Bucür uşaq evlərində gələcəyin həkimləri, müəllimləri, hüquqşünasları, rəssamları, rəqqasları, və s. yetişir. Onların gələcəkdə öz bilik və bacarıqları ilə Azərbaycanı dünyada layiqincə təmsil edəcəklərinə, gələcəkdə cəmiyyətin müstəqil üzvü kimi formalaşacaqlarına inanırıq. Allah təala heç bir övladı valideyn nəfəsindən, valideyn qayğısından məhrum qoymasın.


 
Baxış sayı: 46 tarix 21-08-2018, 10:28 Ətraflı  

 
ADRA tələbələrinin istehsalat təcrübəsi keçirildi
 
 
 

May ayının 29-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Sənətşünaslıq ixtisasının 3-cü kurs tələbələri Əzim Əzimzadə ev muzeyində təcrübə keçdilər. Muzey işinin təşkili və idarəedilməsi ilə yaxından tanış oldular.


 
Baxış sayı: 45 tarix 30-05-2018, 11:46 Ətraflı