Fevralın 26-da R. Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində Xocalıda baş vermiş qanlı faciənin ildönümü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrının “Günay” uşaq teatr-studiyası “Xocalı” tamaşasını nümayiş edib. 

Tamaşa Zərəngiz Mansurovanın “Cavab ver” poeması əsasında hazırlanıb. Quruluşçu rejissor, teatrın rəhbəri Larisa Tarusova, xoreoqraf Günəş Talıbovadır.

Gənc aktyorlar tamaşanı o qədər güclü və təsiredici oynayıb ki, zalda olan Norveç səfirliyinin,“Rossotrudniçestvo”nun nümayəndələri, hərbçilər, jurnalistlər, aktyorlar göz yaşlarını saxlaya bilməyib. 

“Cavab ver” tamaşasına nəinki matəm günlərində, bütün il boyu baxılmalı və bu faciə daim xatırlanmalıdır.

Heç kim və heç nə unudulmayıb! Allah soyqırım qurbanlarına, bütün Şəhidlərə rəhmət eləsin.шаблоны для dle 11.2