1 mart - Ümumdünya Mülki Müdafiə günü Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub.

Bu günlə əlaqədar, martın 1-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbində maarifləndirmə xarakterli tədbir həyata keçirilib. 

Məktəbin müəllimi Zöhrə Haşımova əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi barəsində tədbir iştirakçılarına məlumat verib.шаблоны для dle 11.2