D.Əliyeva küç.

157

ev muzeyi

Əzim Əzimzadə

 
M.S.Ordubadinin 146 illiyinə həsr olunmuş tədbirdə
 
 
 

Mart ayının 16-da Görkəmli Azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi, Azərbaycanın Əməkdar İncəsənət xadimi M.S.Ordubadinin 146 illiyinə həsr olunmuş tədbirdə, Ə.Əzimzadə muzeyinin əməkdaşları olaraq Ordubadinin yazıb yaratdığı xatirə ocağında qonaq olduq.


 
Baxış sayı: 14 tarix 19-03-2018, 19:44 Ətraflı  

 
"Gənc kitab qrafikası rəssamlarının" sərgi açılışında
 
 
 

Mart ayının 6-da saat: 16:00-da Azərkitab Təbliğat mərkəzində "Gənc kitab qrafikası rəssamlarının" sərgi açılışında Əzim Əzimzadə ev muzeyinin işçi heyəti olaraq məmnuniyyətlə iştirak etdik. 
Onuda qeyd edək ki, "Azərkitab"-ın nəzdində yaradılan "Kitab Qrafikası Qaleriyasında" ilk dəfə olaraq Azərbaycan kitab qrafikasının klassiki, fəxrimiz Xalq rəssamı Əzim Əzimzadənin 1922-ci ildə, nəşr olunmuş M.Ə.Sabirin "Hophopnamə" toplusuna çəkdiyi illüstrasiyaların sərgisi təşkil olunub.





 
Baxış sayı: 17 tarix 19-03-2018, 19:36 Ətraflı  

 
Xocalı faciəsinin 26- cı il dönümü ilə əlaqədar tədbir keçirildi.
 
 
 

M.S.Ordubadinin ev muzeyində fevral ayının 23-də Xocalı faciəsinin 26- cı il dönümü ilə əlaqədar tədbir keçirildi. Şəhidlərin ruhu anıldı. 


Vətən uğrunda ölən varsa vətən var. Allah rəhmət eləsin!


 
Baxış sayı: 28 tarix 28-02-2018, 22:33 Ətraflı  

 
2 fevral Gənclər günü münasibətilə "Gəncliyin səsi" festivalı keçirildi
 
 
 
 2 fevral Azərbaycanda gənclər günüdü. Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.
2 fevral Gənclər günü münasibətilə Bakı Şəhər Mədəniyyət və Turizm Baş idarəsinin təşkilatçılığı ilə Gənc tamaşaçılar teatrında, "Gəncliyin səsi" festivalı keçirildi. Festivalda, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev çıxış edərək gəncləri təbrik etdi və uğurlar dilədi. İstedadlı Azərbaycan gəncləri öz mahnı, musiqi, rəqs tövhələri ilə festivala gələn qonaqlara şən ovqat bəxş etdillər. Əzim Əzimzadə muzeyinin kollektivi olaraq bizdə həmin festivalın qonaqı olduq, məmnunluq hissi keçirdik.


 
Baxış sayı: 26 tarix 23-02-2018, 19:39 Ətraflı  

 
Qanlı Yanvardan artıq 28 il ötür.
 
 
 
 
Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Azərbaycan xalqı 1990-cı ilin Qanlı yanvarını həm faciə həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. Qanlı yanvardan artıq 28 il ötür. Keçən illər ərzində Azərbaycan xalqı öz şəhidlərini nəinki unutmamış, əksinə onların qəhrəmanlıqları əbədi olaraq yaddaşlara həkk olunmuşdur. Azərbaycan uğrunda, qəhrəmancasına canından keçmiş, canlarını vətən yolunda sipər etmiş bütün şəhidlərə Allah rəhmət etsin!



 
Baxış sayı: 39 tarix 23-02-2018, 19:25 Ətraflı