D.Əliyeva küç.

157

ev muzeyi

Əzim Əzimzadə

 
"Gənc kitab qrafikası rəssamlarının" sərgi açılışında
 
 
 

Mart ayının 6-da saat: 16:00-da Azərkitab Təbliğat mərkəzində "Gənc kitab qrafikası rəssamlarının" sərgi açılışında Əzim Əzimzadə ev muzeyinin işçi heyəti olaraq məmnuniyyətlə iştirak etdik. 
Onuda qeyd edək ki, "Azərkitab"-ın nəzdində yaradılan "Kitab Qrafikası Qaleriyasında" ilk dəfə olaraq Azərbaycan kitab qrafikasının klassiki, fəxrimiz Xalq rəssamı Əzim Əzimzadənin 1922-ci ildə, nəşr olunmuş M.Ə.Sabirin "Hophopnamə" toplusuna çəkdiyi illüstrasiyaların sərgisi təşkil olunub.





 
Baxış sayı: 42 tarix 19-03-2018, 19:36 Ətraflı  

 
Xocalı faciəsinin 26- cı il dönümü ilə əlaqədar tədbir keçirildi.
 
 
 

M.S.Ordubadinin ev muzeyində fevral ayının 23-də Xocalı faciəsinin 26- cı il dönümü ilə əlaqədar tədbir keçirildi. Şəhidlərin ruhu anıldı. 


Vətən uğrunda ölən varsa vətən var. Allah rəhmət eləsin!


 
Baxış sayı: 57 tarix 28-02-2018, 22:33 Ətraflı  

 
2 fevral Gənclər günü münasibətilə "Gəncliyin səsi" festivalı keçirildi
 
 
 
 2 fevral Azərbaycanda gənclər günüdü. Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.
2 fevral Gənclər günü münasibətilə Bakı Şəhər Mədəniyyət və Turizm Baş idarəsinin təşkilatçılığı ilə Gənc tamaşaçılar teatrında, "Gəncliyin səsi" festivalı keçirildi. Festivalda, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev çıxış edərək gəncləri təbrik etdi və uğurlar dilədi. İstedadlı Azərbaycan gəncləri öz mahnı, musiqi, rəqs tövhələri ilə festivala gələn qonaqlara şən ovqat bəxş etdillər. Əzim Əzimzadə muzeyinin kollektivi olaraq bizdə həmin festivalın qonaqı olduq, məmnunluq hissi keçirdik.


 
Baxış sayı: 59 tarix 23-02-2018, 19:39 Ətraflı  

 
Qanlı Yanvardan artıq 28 il ötür.
 
 
 
 
Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Azərbaycan xalqı 1990-cı ilin Qanlı yanvarını həm faciə həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. Qanlı yanvardan artıq 28 il ötür. Keçən illər ərzində Azərbaycan xalqı öz şəhidlərini nəinki unutmamış, əksinə onların qəhrəmanlıqları əbədi olaraq yaddaşlara həkk olunmuşdur. Azərbaycan uğrunda, qəhrəmancasına canından keçmiş, canlarını vətən yolunda sipər etmiş bütün şəhidlərə Allah rəhmət etsin!



 
Baxış sayı: 62 tarix 23-02-2018, 19:25 Ətraflı  

 
20 Yanvar hadisəsinə həsr olunmuş tədbir
 
 
 

20 yanvar 1990-cı il Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisəsindən 28 il ötür. Bu münasibət ilə Məmməd Səid Ordubadinin xatirə muzeyində "Qara Yanvar"adlı tədbir keçirildi. Biz də Ə.Əzimzadə ev muzeyinin işçi heyyəti olaraq, özümüzə borc bilərək tədbirin qonaqı olduq. M. S. Ordubadi muzeyinin Direktoru Lalə Abbaszadə ( Əməkdar mədəniyyət işçisi), M.S. Ordubadi muzeyinin elmi işçisi İradə Əliyeva tədbirin ilk çıxışını edərək gələn qonaqlara Qanlı yanvar faciəsi haqqında öz biliklərini bölüşdülər. Əliyev Nəriman (Azərbaycan Respublikasının əməkdar memarı), Azər Nəbiyev (Fizika elmləri doktoru müəllim) bu faicəvi günün şahidləri olmuş və onlarda həmin günlə bağlı öz gördüklərini, öz bildiklərini gələn qonaqlara bəhs etdilər. Zərəngiz Mansurova( şairə Azərtacın müxbiri) qan yaddaşımız 20 Yanvar ilə bağlı şeirlər söylədi. Tədbirə qatılan balaca məktəblilərində ürək dağlayan şeirləri ilə Azərbaycan şəhidlərinin xatirəsi anıldı. Allah rəhmət eləsin!





 
Baxış sayı: 49 tarix 23-02-2018, 18:53 Ətraflı