D.Əliyeva küç.

157

ev muzeyi

Əzim Əzimzadə

 
"Mədəniyyətimiz və etnoqrafiyamız" adlı tədbir keçirilib (Foto)
 
 
 

Fevralın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanası "Mədəniyyətimiz və etnoqrafiyamız" adlı tədbir keçirib. 

Tədbir 258 saylı tam orta məktəbdə təşkil olunub.


 
Baxış sayı: 140 tarix 3-03-2017, 11:34 Ətraflı  

 
Azərbaycan Xalça Muzeyində 1 mart - Ümumdünya Mülki Müdafiə günü qeyd olunub
 
 
 


Martın 1-də Azərbaycan Xalça Muzeyində 1 mart - Ümumdünya Mülki Müdafiə günü münasibətilə tədbir təşkil olunub.

Tədbirdə Azərbaycan Xalça Muzeyinin Mülki Müdafiə üzrə əməkdaşları çıxış ediblər. Qeyd olunub ki, bu tipli tədbirlərin keçirilməsində əsas məqsəd işçilərin baş verə biləcək fövqəladə hallara hazır olması, onların fövqəladə hallar zamanı davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi haqqında geniş məlumatların verilməsidir.

Tədbirin sonunda “İlk tibbi yardımın göstərilməsi” adlı film nümayiş olunub.
 
Baxış sayı: 119 tarix 3-03-2017, 11:30 Ətraflı  

 
Ankarada “Molla Pənah Vaqif ili”nin açılış mərasimi keçirilib (Foto)
 
 
 


Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şairi, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə 2017-ci ilin “Molla Pənah Vaqif ili” elan edilməsi münasibətilə anma mərasimi təşkil olunub.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının, Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan Milli Kitabxanasının, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə TÜRKSOY-un qərargahında keçirilən mərasimdə rəsmi şəxslər, diplomatlar, Ankara ictimaiyyətinin tanınmış nümayəndələri, elm və mədəniyyət xadimləri, şeirsevərlər və digər şəxslər iştirak ediblər.
 
Baxış sayı: 141 tarix 3-03-2017, 09:52 Ətraflı