D.Əliyeva küç.

157

ev muzeyi

Əzim Əzimzadə

 
Ə.Əzimzadə yaradıcılığı
 
 
 

Onun dərin müşahidə qabiliyyətinə malik olduğunu sübut edən  “Mömin  müsəlman həyatının müxtəlif çağlarında” adlı satirik əsərləri olduqca maraqlıdır.”Məzəli” jurnalında 1915 ci- ildə çap olunmuş bu üç hissəli əsərdə eyni bir şəxsin mənfi obrazı 30 dəfə təkrar olunur və bir növ psixoloji kalidoskopu xatırladır.Burada başı bəlalı yalançı möminin həyata,insanlara münasibəti xameleon kimi dəyişir,rəngdən rəngə girir, sifətində müxtəlif psixoloji ifadələr -qorxu, nifrət, istehza, sevinc, kədər, təkəbbür, acgözlük, qarınqululuq, xəsislik, lovğalıq, yaltaqlıq, riyakarlıq kimi duyğular , hisslər bir-birini əvəz edir.


 
Baxış sayı: 131 tarix 18-03-2017, 17:57 Ətraflı  

 
Xalq Rəssamı Əzim Əzimzadə
 
 
 



Azərbaycan xalqının yetişdirdiyi görkəmli mədəniyyət xadimləri içərisində realist qrafikanın banisi, satirik rəsmin mahir ustası, milli rəngkarlıq sənətinin öncül nümayəndəsi Əzim Əzimzadə müstəsna yer tutur. Müasir Azərbaycan qrafikasının təşəkkülü, formalaşması və inkişafı Əzim Əzimzadənin adı ilə ayrılmaz şəkildə bağlıdır. O, XX əsr milli təsviri sənətimizin inkişafında əvəzsiz rol oynamış, qrafikamızı yeni janrlar və obrazlarla zənginləşdirmiş, rəssamlıq kadırlarının yetişdirilməsinə boya – başa çatdırılmasına güclü təkan vermişdir. Məhz buna görədə Əzim Əzimzadə XX əsr Azərbaycan təsviri sənəti səlnaməsində şərəfli yer tutur.
 
 
Baxış sayı: 106 tarix 18-03-2017, 17:24 Ətraflı