Azərbaycan xalqının yetişdirdiyi görkəmli mədəniyyət xadimləri içərisində realist qrafikanın banisi, satirik rəsmin mahir ustası, milli rəngkarlıq sənətinin öncül nümayəndəsi Əzim Əzimzadə müstəsna yer tutur. Müasir Azərbaycan qrafikasının təşəkkülü, formalaşması və inkişafı Əzim Əzimzadənin adı ilə ayrılmaz şəkildə bağlıdır. O, XX əsr milli təsviri sənətimizin inkişafında əvəzsiz rol oynamış, qrafikamızı yeni janrlar və obrazlarla zənginləşdirmiş, rəssamlıq kadırlarının yetişdirilməsinə boya – başa çatdırılmasına güclü təkan vermişdir. Məhz buna görədə Əzim Əzimzadə XX əsr Azərbaycan təsviri sənəti səlnaməsində şərəfli yer tutur.


 XX yüzillik Azərbaycan xalqının  tarixində iqtisadi və mədəni yüksəliş yüzilliyi kimi qiymətləndirilməlidir. Mədəni tərəqqinin genişləndirilməsində qabaqcıl mətbuat maarif və sənət ocaqları, görkəmli ziyalılarımız xüsusi rol oynamışlar. Bu baxımdan 1906-ci ildə böyük yazıçı-demokrat Cəlil Məmmədquluzadənin təşəbbüsü ilə Tiflis şəhərində nəşr olunan satirik << Molla Nəsrəddin >> jurnalının fəaliyyəti xüsusi ilə qeyd olunmalıdır. Mirzə Cəlilin fikrincə << Molla Nəsrəddin >> təbiət özü yaratı  zəmanə özü yaratdı. C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, Ə.Nəzmi, Ə.Qəmküsar, və başqa tərəqqipərvər ziyalılar ilə birlikdə O.Şimerlinq, İ.Rotter, və Ə.Əzimzadə kimi rəssamlarda jurnalın fəaliyyətində yaxından iştirak edirdilər. << Molla Nəsrəddinçilər >> Azərbaycan ədəbiyyatında və təsviri sənətində realizmin, məzhəkə və satira janırlarının inkişafı üçün zəmin yaratmış, bu sahədə aparılan bədii axtarışları istiqamətləndirmişlər. Jurnalın səhifələrində verilən ədəbi və satirik əsərlər, karikaturalar xalqın məişəti, istək və arzuları, adət və ənənələri, folkloru sadə insanların əhval ruhiyyəsi psixoloji xüsusiyyətləri, düşüncə tərzi və zövqləri ilə bağlı idi. Jurnalın rəssamları öz əsərlərində xalqın tərəqqisinə mane olan nadanlığı, cəhaləti, kütlələri qəflət yuxusundan ayılmağa qoymayan mürtəceləri, məişətdə mövcud olan əski adət və ənənələri, eybəcərlikləri ifşa və tənqid edirdilər. << Molla Nəsrəddin >> jurnalının qabaqcıl demokratik ənənələri, satirik janırın, karikaturanın təşəkkülü sahəsindəki təşəbbüsləri Əzim Əzimzadə yaradıcılığı üçün sonsuz dərəcədə faydalı təcrübə ilham mənbəyi olmuşdur.


Əzim Aslan oğlu Əzimzadə 1880-ci ildə Bakıda anadan olmuşdur. Atası Novxanı kəndinin sakini Aslan kişi şəhərə köçüb bənnalıqla məşğul olur, oğlunun taleinə qayğı ilə yanaşır, onu mollaxanaya qoyur, lakin az müddətdən sonra rus-tatar məktəbinə daxil olur. Burada oxuduğu illər ərzində o, rəsm çəkməyə xüsusi həvəs göstərir, ədəbi əsərlərə illustrasiyalar  çəkir. İbtidai təhsili uğurla bitirdikdən sonra balaca Əzim şəhərin  dövlətlilərindən Ağabala Quliyevin dəyirmanında kuryer vəzifəsində işləməyə başlayır. Burada həmin sahibkarın evini dekorativ şəkillərlə bəzəmək üçün  dəvət olunan Maslov adlı rus rəssamının yanında  təsviri sənətin əlifbasına  yiyələnməyə başlayır. Peşəkar rəssamlıq təhsili almamasına baxmayaraq Əzimzadə özünün səy və bacarığı sayəsində şəkil çəkmək sahəsində uğur qazanır, özünün bu nadir istedadının  inkişaf etdirməyə müvffəqəq olur.
 Peşəkar sənət yolunun öz fəaliyyətdən gələn Əzimzadə 40 illik səmərəli yaradıcılıq fəaliyyəti ərzində 3000-dən artıq satirik rəsm , karikatura, illustrasiya, plakat,  səhnə dekorasiyası, geyim eskizi və başqa əsərlər yaratmış, milli sənətin klassik nümayəndəsi şöhrətinə layiq görülmüşdür.
 Əzimzadənin rəssamlıq sahəsində ilk ciddi adımlları << Molla Nəsrəddin >> jurnalında nəşr etdirdiyi karikaturaları ilə əlaqədardır. Bununla bərabər O, o zamankı << Kəlniyyat >>, << Baraban >>, << Tuti >>,<< Zənbur  >>, << Babayi – Əmir >>, adlı jurnallarında da  satirik rəsmlərlə çıxış edirdi. Həmin rəsimlərin əsas mövzusunu xalqın acınacaqlı güzaranı, ölkənin daxili vəziyyəti, ictimai ədalətsizliklər, hər cür tüfeyli elementlərin fırıldaqların ifşası təşkil edirdi. Məişşət janırı xalqın adət və ənənəsindən mövcud olan mənfiliklərin  tənqidi rəssamı düşündürən  başlıca mövzulardan idi. Patriarxal ailədə qadınların acınacaqlı həyatı, hüquqsuzluğu, şəxsiyyətin təhqirlərə məruz qalması Əzimzadə rəsmlərinin əsas mövzularındandır. Mənfi personajlarını ifşa edərkən  rəssam satiraya yumora əl atır,canlı müşahidələrə əsaslanırdı.

шаблоны для dle 11.2