D.Əliyeva küç.

157

ev muzeyi

Əzim Əzimzadə

 
21 sentyabr Beynəlxalq Sülh günüdür.
 
 
 

BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.


 
Baxış sayı: 2 tarix 21-09-2018, 15:51 Ətraflı  

 
18 sentyabr- MİLLİ MUSİQİ GÜNÜDÜR.
 
 
 








18 sentyabr- MİLLİ MUSİQİ GÜNÜDÜR.

Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin banisi, korifey Üzeyir Hacıbəyovun anadan olması milli musiqi günü kimi qeyd olunur. Əzim Əzim

zadə kollektiv heyyəti olaraq Milli İncəsənət muzeyində təşkil olunmuş tədbirdə qonaq  qismində iştirak etdik.











 
Baxış sayı: 6 tarix 18-09-2018, 15:41 Ətraflı  

 
Müqəddəs Qurban bayramı münasibəti ilə ürəkdən təbrik edirik
 
 
 

Əzim Əzimzadə kollektivi olaraq Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibəti ilə ürəkdən təbrik edir, firəvan həyat, bol ruzi bərəkət arzu edirik.



 
Baxış sayı: 10 tarix 22-08-2018, 14:08 Ətraflı  

 
Avqust ayının 21-də Əzim Əzimzadə ev muzeyinin kollektiv heyyəti olaraq Qurban bayramı münasibəti ilə Şüvəlanda yerləşən "Ailə tipli uşaq" evində qonaq olduq.
 
 
 

Avqust ayının 21-də Əzim Əzimzadə ev muzeyinin kollektiv heyyəti olaraq Qurban bayramı münasibəti ilə Şüvəlanda yerləşən "Ailə tipli uşaq" evində qonaq olduq. Onların kiçik hədiyyələrlə könüllərini oxşadıq, onların bizlər üçün həvəslə dediyi şeirləri dinlədik, öz daxili aləmlərindən bəhs edilən çəkdiyi rəsmlərinə baxdıq, kiçik bacarıqlı əlləri ilə hazırladıqları əmək işləri ilə tanış olduq. Arzularını dinlədik. uşaqlar üçün gələn qonaqlar nə qədər sevindirici olsada çox zaman əhəmiyyət kəsb etmir. Ancaq onları qınamaq olmaz. Çünki gələnlər onlara nə doğma ata olacaq, nə də ki, həsrətini çəkdikləri ana. Bu şirin balalar isti doğma ocaqdan, ata ana qayğısından məhrum olmuşlar. 
Onlar sevgi, nəvazişə isti yuvaya hər gün ehtiyac duyurlar.
Bucür uşaq evlərində gələcəyin həkimləri, müəllimləri, hüquqşünasları, rəssamları, rəqqasları, və s. yetişir. Onların gələcəkdə öz bilik və bacarıqları ilə Azərbaycanı dünyada layiqincə təmsil edəcəklərinə, gələcəkdə cəmiyyətin müstəqil üzvü kimi formalaşacaqlarına inanırıq. Allah təala heç bir övladı valideyn nəfəsindən, valideyn qayğısından məhrum qoymasın.


 
Baxış sayı: 14 tarix 21-08-2018, 10:28 Ətraflı  

 
26 iyun tariximizin əlamətdar səhifələrindən biri - Azərbaycan Milli Ordusunun yarandığı günün 100-cü ilidir.
 
 
 
Məğrur səsin azadlıqın sədası,
Şəhidlərin ölməzliyin nidası,
Azərbaycan qalibiyyət dünyası,
İgidliyin sarsılmayan qalası,
AZƏRBAYCAN anaların anası!


 
Baxış sayı: 8 tarix 26-06-2018, 10:10 Ətraflı