D.Əliyeva küç.

157

ev muzeyi

Əzim Əzimzadə

 
"Hər bir muzey bir Abidədir"
 
 
 

Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarixi-Memarlıq Qoruq- muzeyinin keçirtdiyi "Abidələr gününə" həsr olunmuş tədbirə Əzimzadə ev muzeyinin əməkdaşlarıda qatıldı. Əzimzadə ev muzeyinin direktoru "Hər bir muzey bir Abidədir" mövzusu ilə çıxış edərək abidələrimizin tarixi əhəmiyyətindən, və gələcək nəslə muzeylərin bir miras olduğunu vurğuladı. Tədbirdə Xalq rässamı Arif Hüseynov, Rässamlıq Akademiyasının müəllim və tələbə heyəti, Aytam uşaqların mədəni maarifləndirilməsi ictimai birliyin üzvləri,gənc həvəskar rəssamlar çıxış etdilər.











 
Baxış sayı: 184 tarix 21-04-2017, 19:32 Ətraflı  

 
Abidələr gününə həsr olunmuş tədbir.
 
 
 


Abidələr gününə həsr olunmuş " Hər bir muzey bir abidədir" adlı tədbir aprel ayının 18-də saat 15:00-da Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarixi-Memarlıq Qoruq- muzeyində keçiriləcək.


 
Baxış sayı: 160 tarix 15-04-2017, 21:04 Ətraflı  

 
Səbail rayon MKS-nin 3 saylı filialında “Tariximizi öz əsərlərində əks etdirən yazıçı” adlı “məlumat saatı” keçirilib
 
 
 



Martın 1-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon MKS-nin 3 saylı filialında “Tariximizi öz əsərlərində əks etdirən yazıçı” başlığı altında “məlumat saatı” keçirilib. 

“Məlumat saatı” Fərman Kərimzadənin 80 illik yubileyi münasibətilə təşkil olunub.


 
Baxış sayı: 185 tarix 3-03-2017, 11:27 Ətraflı  

 
İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendinin yeni kolleksiyası təqdim edilib (Foto)
 
 
 


Martın 1-də Şirvanşahlar Sarayı Kompleksində İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendinin “Şirvanşahlar” kolleksiyasının təqdimat mərasimi keçirilib.

Mərasimdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov çıxış edərək Ənənəvi İncəsənət Mərkəzi barədə məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi idarənin və Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin birgə layihəsi olan İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2012-ci ilin oktyabr ayından etibarən tədris və sənətkarlıq mərkəzi kimi fəaliyyət göstərir. 

 
Baxış sayı: 192 tarix 3-03-2017, 11:25 Ətraflı  

 
“Uşaq musiqisi və müasirlik” mövzusunda elmi-praktiki konfrans keçirilib
 
 
 

Martın 1-də Azərbaycan Bəstəkarlar İttifaqında “Uşaq musiqisi və müasirlik” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Tədbirdə ittifaqın sədri, xalq artisti, professor Firəngiz Əlizadə konfransın mövzusunun aktuallığından danışıb. Uşaq musiqisinin problemlərinə toxunan F.Əlizadə bu istiqamətdə atılan addımların uşaqlarda musiqi zövqünün formalaşmasına müsbət təsir edəcəyini diqqətə çatdırıb. Görülən işlərin uşaqların estetik tərbiyəsinə, habelə professional musiqiçi kimi yetişmələrinə kömək edəcəyini bildirən bəstəkar, uşaq musiqi əsərlərinin yazılmasına, təbliğinə xüsusi diqqət ayırmağın vacibliyini vurğulayıb.
 
Baxış sayı: 155 tarix 3-03-2017, 11:24 Ətraflı