D.Əliyeva küç.

157

ev muzeyi

Əzim Əzimzadə

 
Səbail rayon MKS-nin 3 saylı filialında “Tariximizi öz əsərlərində əks etdirən yazıçı” adlı “məlumat saatı” keçirilib
 
 
 



Martın 1-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon MKS-nin 3 saylı filialında “Tariximizi öz əsərlərində əks etdirən yazıçı” başlığı altında “məlumat saatı” keçirilib. 

“Məlumat saatı” Fərman Kərimzadənin 80 illik yubileyi münasibətilə təşkil olunub.


 
Baxış sayı: 76 tarix 3-03-2017, 11:27 Ətraflı  

 
İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendinin yeni kolleksiyası təqdim edilib (Foto)
 
 
 


Martın 1-də Şirvanşahlar Sarayı Kompleksində İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendinin “Şirvanşahlar” kolleksiyasının təqdimat mərasimi keçirilib.

Mərasimdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov çıxış edərək Ənənəvi İncəsənət Mərkəzi barədə məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi idarənin və Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin birgə layihəsi olan İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2012-ci ilin oktyabr ayından etibarən tədris və sənətkarlıq mərkəzi kimi fəaliyyət göstərir. 

 
Baxış sayı: 71 tarix 3-03-2017, 11:25 Ətraflı  

 
“Uşaq musiqisi və müasirlik” mövzusunda elmi-praktiki konfrans keçirilib
 
 
 

Martın 1-də Azərbaycan Bəstəkarlar İttifaqında “Uşaq musiqisi və müasirlik” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Tədbirdə ittifaqın sədri, xalq artisti, professor Firəngiz Əlizadə konfransın mövzusunun aktuallığından danışıb. Uşaq musiqisinin problemlərinə toxunan F.Əlizadə bu istiqamətdə atılan addımların uşaqlarda musiqi zövqünün formalaşmasına müsbət təsir edəcəyini diqqətə çatdırıb. Görülən işlərin uşaqların estetik tərbiyəsinə, habelə professional musiqiçi kimi yetişmələrinə kömək edəcəyini bildirən bəstəkar, uşaq musiqi əsərlərinin yazılmasına, təbliğinə xüsusi diqqət ayırmağın vacibliyini vurğulayıb.
 
Baxış sayı: 58 tarix 3-03-2017, 11:24 Ətraflı  

 
Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub (Foto)
 
 
 


Martın 1-də Yasamal rayonunda fəaliyyət göstərən 153 saylı tam orta məktəbin şagirdləri Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil ediblər. 


 
Baxış sayı: 55 tarix 3-03-2017, 11:23 Ətraflı  

 
Sabunçu rayon MKS-nin 8 saylı filialında "Susmayan vicdanın səsi" adlı dəyirmi masa keçirilib
 
 
 


Martın 1-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon MKS-nin 8 saylı filialında şair, tərcüməçi, Azərbaycanın əməkdar incəsənət xadimi, prezident təqaüdçüsü Vidadi Babanlının 90 illik yubileyi ilə əlaqədar olaraq "Susmayan vicdanın səsi" adlı dəyirmi masa keçirilib.
 
Baxış sayı: 54 tarix 3-03-2017, 11:21 Ətraflı