D.Əliyeva küç.

157

ev muzeyi

Əzim Əzimzadə

 
Üç rəngli bayraqımızın daim yüksəklərdə dalğalanması diləyi ilə bayraq günümüz mübarək!
 
 
 

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.
Yasamal rayonu 31№li tam orta məktəbdə 9 Noyabr Bayraq Günü münasibəti ilə bütün siniflərdə təntənəli şəkildə bayram şənliyi keçirildi.Hətta 3”B” sinif şagirdləri Bayraq Gününə həsr olunmuş tədbir keçirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı. Müqəddəs andımıza çevrilən bu 3 rəngli bayrağın yaranmasından düz 100 payız keçir.
Tədbirdə şagirdlər bayraq gününə həsr olunmuş şerlər, mahnılar, rəngarəng rəqsləri ilə hamını valeh etdilər.
Bizdə Ə.Əzimzadə kollektivi olaraq tədbirin qonaqı olduq.



 

 
Baxış sayı: 63 tarix 9-11-2018, 12:30 Ətraflı  

 
Arif Hüseynovun 75&75 adlı yubley sərgisində muzey kollektivi olaraq iştirak etdik.
 
 
 


 
Baxış sayı: 64 tarix 19-10-2018, 12:02 Ətraflı  

 
Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 27 il ötür.
 
 
 
Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.
1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilib. Referendum bülleteninə bir sual salınıb: “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”
Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilib.
Bu gün 18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram kimi qeyd edilir, lakin qeyri-iş günü sayılmır.



 
Baxış sayı: 50 tarix 18-10-2018, 12:47 Ətraflı  

 
Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuş “Yenə o bağ olaydı” adı altında keçirilmiş musiqili ədəbi-bədii tədbirin qonaqı olduq.
 
 
 

Sentyabr ayının 28-də Əzim Əzimzadə ev muzeyinin kollektivi olaraq, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuş “Yenə o bağ olaydı” adı altında keçirilmiş musiqili ədəbi-bədii tədbirin qonaqı olduq.




 
Baxış sayı: 82 tarix 28-09-2018, 16:13 Ətraflı  

 
21 sentyabr Beynəlxalq Sülh günüdür.
 
 
 

BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.


 
Baxış sayı: 98 tarix 21-09-2018, 15:51 Ətraflı