D.Əliyeva küç.

157

ev muzeyi

Əzim Əzimzadə

 
M.S.Ordubadinin 146 illiyinə həsr olunmuş tədbirdə
 
 
 

Mart ayının 16-da Görkəmli Azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi, Azərbaycanın Əməkdar İncəsənət xadimi M.S.Ordubadinin 146 illiyinə həsr olunmuş tədbirdə, Ə.Əzimzadə muzeyinin əməkdaşları olaraq Ordubadinin yazıb yaratdığı xatirə ocağında qonaq olduq.


 
Baxış sayı: 46 tarix 19-03-2018, 19:44 Ətraflı  

 
"Gənc kitab qrafikası rəssamlarının" sərgi açılışında
 
 
 

Mart ayının 6-da saat: 16:00-da Azərkitab Təbliğat mərkəzində "Gənc kitab qrafikası rəssamlarının" sərgi açılışında Əzim Əzimzadə ev muzeyinin işçi heyəti olaraq məmnuniyyətlə iştirak etdik. 
Onuda qeyd edək ki, "Azərkitab"-ın nəzdində yaradılan "Kitab Qrafikası Qaleriyasında" ilk dəfə olaraq Azərbaycan kitab qrafikasının klassiki, fəxrimiz Xalq rəssamı Əzim Əzimzadənin 1922-ci ildə, nəşr olunmuş M.Ə.Sabirin "Hophopnamə" toplusuna çəkdiyi illüstrasiyaların sərgisi təşkil olunub.





 
Baxış sayı: 42 tarix 19-03-2018, 19:36 Ətraflı  

 
Allah rəhmət eləsin!
 
 
 
Azərbaycanın böyük dramaturq və şairi Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı fevralın 12-də vəfat edib.
Allah rəhmət elesin!
 




 
Baxış sayı: 75 tarix 23-02-2018, 19:44 Ətraflı  

 
''Azərkitab'' Kitab Təbliğatı Mərkəzi İlk ''Kitab Qrafikası'' qaleriyasının açılışı
 
 
 

''Azərkitab'' Kitab Təbliğatı Mərkəzi İlk ''Kitab Qrafikası'' qaleriyasının açılışı və bu münasibətlə təşkil olunmuş Azərbaycanın Dahi Xalq rəssamı Əzim Əzimzadənin Mirzə Ələkbər Sabirin '' Hophopnamə'' əsərinə çəkdiyi illüstrasiyalardan ibarət sərgidə dəyərli insanlarla birlikdə Əzim Əzimzadə ev muzeyinin direktoru İradə xanım Əzimzadə və muzeyin əməkdaşları ilə birgə Rəssamlar İttifaqının əməkdaşı Xalq rəssamı Arif Hüseynovun təşkilatçılığı ilə dekabr ayının 8-də saat 16:00-da sərgidə iştirak etdik.






 
Baxış sayı: 100 tarix 11-12-2017, 21:38 Ətraflı  

 
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Azərbaycanın görkəmli şəxsiyyətləri və ictimai xadimlərinin ev və xatirə muzeylərinin yeni veb- saytlarının təqdimatı keçirilib.
 
 
 

Oktyabr ayının 4-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Azərbaycanın görkəmli şəxsiyyətləri və ictimai xadimlərinin ev və xatirə muzeylərinin yeni veb- saytlarının təqdimatı keçirilib. 
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vüqar Şıxəmmədov, Baş İdarənin rəisi Vuqar Zeynalov və digər rəhbər işçiləri, Bakı şəhər muzey və kitabxanaların direktorları və media nümayəndələri iştirak ediblər.
İdarənin tabeçiliyində olan N.Nərimanovun xatirə muzeyi, M.S.Ordubadinin xatirə muzeyi , C.Məmmədquluzadənin ev muzeyi, Ə.Əzimzadənin ev muzeyi və C.Cabbarlının ev muzeylərinin rəsmi internet saytları yenilənərək istifadəyə verilib. Saytlar 3 ay ərzində yeni dizayn və son texnologiyaları dəstəkləyən sistemlə hazırlanıb.
İnformasiya texnalogiyalarının sürətli inkişafını və istifadəçilərinin çox hissəsinin mobil telefonla veb saytlara daxil olduğunu nəzərə alaraq,saytlar üçün ayrı ayrılıqda mobil sayt versiyası hazırlanıb, 5 saytın hər biri “Google” axtarış sisteminə uyğun olaraq tam adapdatsiya olunub və optimallaşdırılıb.


 
Baxış sayı: 93 tarix 4-10-2017, 17:34 Ətraflı